Ermənilər Füzulinin bu evlərini dağıdıb

Ermənilər Füzulinin bu evlərini dağıdıb

Xəbər verdiyimiz kimi sentyabrın 27-dən səhər saatlarından etibarən düşmən cəbhənin müxtəlif istiqamətlərində ordumuzun mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatlarına başlanılıb.

“Yeni Müsavat” Media Qrupunun Füzuli rayonuna ezam olunan reportyorları xəbər verir ki, bu istiqamətdə əks-hücum əməliyyatlarına davam edir.

Sentyabrın 27-dən etibarən düşmən Füzuli istiqamətində kəndləri, fərdi yaşayış evlərinin atəşə tutub.

Nəticədə rayonun Zobucuq 3 qəsəbəsində 2 ev, Zobucuq 2 qəsəbəsində 3 ev, Şükürbəyli kəndində1 ev, Araytalı kındində 2 ev, Horadiz şəhərində 4 evə zərər dəyib.

Xoşbəxtlikdən insan tələfatı yoxdur. 2 nəfər mülki şəxs xəsarət alıb.

Zərər dəymiş evlərin son vəziyyətini lentə almışıq. Həmin fotoları təqdim edirik.

Mənbə: www.cumhuriyyet.net