Hədiyyə verilən köpəkbalığı dişi iki ölkə arasında gərginlik yaratdı...

Hədiyyə verilən köpəkbalığı dişi iki ölkə arasında gərginlik yaratdı...

İngiltərəli təbiətşünas Devid Attenboronun Kembric hersoqu şahzadə Uilyamın yedi yaşlı oğlu Şahzadə Corca hədiyyə etdiyi köpəkbalığı dişi, Malta ilə İngiltərə arasında gərginliyə səbəb olub.

Moderator.az xəbər verir ki, 1960-cı ilin sonunda ailəsi ilə birlikdə tətil üçün Maltaya gedən ingilis təbiətşünas Devid Attenboro burada köpəkbalığı dişi tapıb. Attenboronun 23 milyon illik dişi Şahzadə Corca hədiyyə etməsindən sonra Malta, bu dişin mədəni irsin bir hissəsi olduğunu bildirərək, dişin geri qaytarılmasını tələb edib.

Malta Mədəniyyət Naziri Xose Herrera etdiyi açıqlamada "O diş yerli bir muzeydə sərgilənməyə layiqdir və geri almaq üçün nə lazımdırsa etməyə hazırıq" şəklində danışıb.

Qeyd edək ki, sözügedən dişin 3,6 milyon il əvvəl nəsli tükənən "meqalodon" növü nəhəng köpəkbalğına aid olduğu bildirilib.

Kamran

 

 

Mənbə: moderator.az