Onlayn dərs keçmək üçün təpəyə çıxan müəllim yıxılıb öldü

Onlayn dərs keçmək üçün təpəyə çıxan müəllim yıxılıb öldü

Türkiyənin Kahramanmaraş şəhərində ədəbiyyat müəllimi onlayn dərs keçmək üçün çıxdığı təpədən yıxılaraq ölüb.

“Haber Global” məlumat verir ki, “Onikişubat Anadolu Liseyi”nin 50 yaşlı müəllimi Əziz Sərin internet şəbəkəsi zəif olduğu üçün təpəyə çıxıb.

Onun evinə qayıtmamasından narahat olan yaxınları həmin ərazidə Sərinin meyitini tapıblar. Məlum olub ki, o, təpədən yıxılıb və infarkt keçirərək ölüb.

Mənbə: www.oxu.az