AzTV əməkdaşları erməni atəşinə məruz qaldı

AzTV əməkdaşları erməni atəşinə məruz qaldı

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir.

Axar.az xəbər verir ki, Azərbaycan Televiziyasının əməkdaşları da bu gün 2 dəfə erməni atəşinə məruz qalıblar.

Belə ki, AzTV-nin əməkdaşı Elnur Tofiq Tərtərdəki son vəziyyəti birbaşa bağlantıda tamaşaçılara çatdıran zaman düşmən atəş açıb. Daha sonra isə TV-nin əməkdaşları çəkilişə gedərkən maşından təxminən 5 metr uzağa mərmi düşüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Mənbə: axar.az