Parisdə partlayış səsi eşidildi, səlahiyyətlilər təkzib etdi - VİDEO

Parisdə partlayış səsi eşidildi, səlahiyyətlilər təkzib etdi - VİDEO

Parisdə və ətrafında güclü bir partlayış səsi eşidildi.

Bu barədə “Reuters” xəbər verib.

Şahidlər evlərinin sarsıldığını, bəzi sakinlər və metro sərnişinləri güclü bir səs eşitdiklərini deyiblər.

Lakin sonradan polis partlayış xəbərlərini təkzib edib, səsin səs baryerini qıran döyüş təyyarəsindən gəldiyini söyləyib.

Mənbə: www.oxu.az