Erməni təxribatı nəticəsində bir müəllim yaralanıb - RƏSMİ

Erməni təxribatı nəticəsində bir müəllim yaralanıb - RƏSMİ

“Son günlər Ermənistanın Azərbaycana hücumu nəticəsində 14 bölgədə 420 məktəb öz fəaliyyətini bu və ya digər formada müvəqqəti məhdudlaşdırıb və ya dayandırıb”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, düşmənin mülki əhaliyə hücumu nəticəsində bir müəllim yaralanıb:

“Düşmənin mülki ərazilərə artilleriya atəşi nəticəsində mülki ərazilərdə doqquz məktəb bu və ya digər formada zərə görüb. Düşmənin mülki ərazilərə hücumu nəticəsində iki məktəbli həlak olub, bir müəllim yaralanıb".

Mənbə: www.oxu.az