İranda COVID-19-un artması səbəbilə xəstəxanalarda yer qalmayıb

İranda COVID-19-un artması səbəbilə xəstəxanalarda yer qalmayıb

İran İslam Respublikasında COVID-19-un artması səbəbilə xəstəxanalarda yer qalmadığı bildirilib.
Yeniavaz.com “CNN Türk” ə istinadən xəbər verir ki, açıqlamanı İranın Koronavirus Əleyhinə Şurasının mütəxəssisi həkim Məsud Muradi müsahibəsində verib. Onun sözlərinə görə vəziyyət elə bir hal alıb ki, ağır xəstələrin xəstəxanaya qəbulu çətinləşib. Hətta onların yatması üçün yerlər qalmayıb.
Mütəxəssis xüsusilə Tehran kimi iri şəhərlərdə COVID-19-a yoluxanların və ölənlərin sayının artmaqda davam etdiyini vurğulayıb. Bu səbəblə də o, şəhərlərarası girişlərin və izdihamlı yerlərin bağlanmasını, eləcə də yenidən evdən işləmə və ictimai nəqliyyat vasitələrinin vəziyyəti kimi məsələlərə baxılmasını istəyib. Əks halda yoluxma sayının artacağından narahatlığını bildirib. Belə olduğu halda isə tibbi personalın çətin vəziyyətə düşəcəyini ifadə edib.
Qeyd edək ki, xəstəlik İranda ilk dəfə Qum şəhərində qeydə alınaraq bütün ölkə ərazisinə yayılmışdı. Ümumilikdə İranda xəstəlikdən həyatını itirənlərin sayı 25 min 986, yoluxmaların sayı isə 453 min 637 nəfərə çatıb.

Mənbə: www.yeniavaz.com