Düşmən artilleriyası geyim dükanını dağıtdı - YPX.AZ hadisə yerindən reportaj

Düşmən artilleriyası geyim dükanını dağıtdı - YPX.AZ hadisə yerindən reportaj

Cəbhədə Azərbaycan ordusu qarşısında acizlik nümayiş etdirən ermənilər yenə də öz mənfurluqlarından əl çəkmir. Yenə də dinc əhalini hədəfə almaqda davam edirlər.
YPX.AZ-ın cəbhə bölgəsinə yollanmış əməkdaşları bildirir ki, 30 sentyabr, təxminən 11 radələrində düşmənin atdığı top mərmilərindən biri Tərtər rayonu, Düyərli kənd ərazisində yerləşən geyim mağazasına düşüb. Xoşbəxtlikdən heç kəs fiziki zərər görməyib. Lakin Emin Əhmədova məxsus olan mağaza tanınmaz hala düşüb. Hadisə barədə əməkdaşlarımıza danışan mağaza sahibi bildirir ki, ona təxminən 150 min manat civarında ziyan dəyib. Lakin o nəinki malını, mağazasını, canını da Azərbaycan ordusuna qurban verməyə hazır olduğunu bildirib. Yetər ki, Azərbaycan ordusu qalıb olsun, yetər ki, işğal altında olan torpaqlarımız mənfur düşmənlərdən təmizlənsin.

 

Mənbə: ypx.az