Voronej vilayətində güclü meşə yanğınları

Voronej vilayətində güclü meşə yanğınları

Rusiyanın Voronej vilayətində güclü meşə yanğınları tüğyan edir. Vilayətin Pavlovsk rayonunda vəziyyət daha gərgindir. Burada 20-dən çox yaşayış binası yanıb. Evsiz qalan sakinlər qohumlarının və dostlarının evlərinə sığınıblar. Qonşu qəsəbədə isə müvəqqəti sığınacaq yaradılıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın 100 hektar ərazini əhatə edir. İsti və quru hava şəraiti, həmçinin güclü külək alovu söndürməkdə yanğınsöndürənlərə mane olur.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com