ANS ÇM-in çəkiliş qrupu kənd sakinlərini atəş altında xilas etdi - VİDEO

ANS ÇM-in çəkiliş qrupu kənd sakinlərini atəş altında xilas etdi  - VİDEO

Ermənistan ordusu Tərtər-Ağdam yolunda hərəkət edən 2 kənd sakinini göz qabağında minamyotla atəşə tutub!

İstiPress-in məlumatına görə, kənd sakinlərini minomyot atəşləri altından xilas edən ANS ÇM-in çəkiliş qrupu sakinlərə müraciət edib: "Cəbhə və cəbhəyanı ərazilərdə olan insanların nəzərinə! Açıq yolla getməyin, ümumiyyətlə, bu yollarda hərəkət etmək bu günlərdə çox təhlükəlidir. Bu gün ANS ÇM-in reportyorları Tərtər-Ağdam yolunda bunun şahidi olublar. Aldığı yaralardan azğınlaşmış erməni silahlı qüvvələri bütün yollara dronlar vasitəsilə nəzarət etməyə çalışır və hərəkət edən mülkiləri hədəfə alıb vurur. İndi baxacağınız kadrlar bunun sübutudur. Çəkiliş qrupumuz yolda piyada hərəkət edən iki kəndlini də xilas edə bilib".

Mənbə: istipress.com