Əməkdar artist: Mənim ön cəbhədə döyüşmə xəbərim yalandır, amma...

Əməkdar artist: Mənim ön cəbhədə döyüşmə xəbərim yalandır, amma...

YPX.AZ xəbər verir ki, əməkdar artist, muğam ustası İlkin Əhmədov barəsində bir çox saytlar onun hal-hazırda ordu sıralarına qoşulub, Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etdiyi xəbərlərini yaymışdır. Lakin YPX.AZ saytına etibarlı mənbələrdən gələn xəbərdə bunun həqiqəti əks etdirmədiyi bildirildi.
Məsələni araşdırmaq üçün İlkin Əhmədov ilə telefonla əlaqə saxlaıq. Muğam ustası bildirdi ki, onun hal-hazırda döyüşlərdə iştirak etməsi yalan xəbərdir. Hətta bu yalan xəbərdən ailə üzvləri də narahat olub. Lakin o bildirdi ki, döyüşlər başlayan gündən könüllü olaraq ordu sıralarına yazılıb və çağırılacağı günü gözləyir.
Hal-hazirda da cəbhəyanı bölgələrdə kənd sakinləri ilə birlikdədir, ordumuza, oradakı sakinlərə ruh yüksəkliyi vermək, dəstək olmaq üçün əlindən gələni edir. Əməkdaşımızın "əgər döyüşlərdə iştirak etmirsinizsə, niyə saytlarda yazılan yalan məlumatı sildirməmisiniz və ya təkzib verdirməmisiniz?" sualına isə, İlkin Əhmədov neçə gündür ölkədə internet problemi olduğundan məlumatlar ala bilməməsini və yazılanlardan xəbərsiz olduğunu bildirib. Daha sonra əməkdar artist bu barədə öz sosial şəbəkə hesabında da məlumat paylaşıb.

Sizin üçün tövsiyə olunan video:

Mənbə: ypx.az