Kürdəmirdə partlayış nəticəsində vəfat edən ər-arvadın yaxınları danışdılar - YENİLƏNİB + VİDEO

Kürdəmirdə partlayış nəticəsində vəfat edən ər-arvadın yaxınları danışdılar -

Kürdəmirdə evdə baş verən partlayış nəticəsində vəfat edən ər və arvadın yaxınları danışıblar.

Hadisə zamanı vəfat edən Şəbnəm Xidmət qızı Zərbəliyevanın anası Dilarə Məmmədova qeyd edib ki, övladının əri ilə birgə intihar etməsi ilə bağlı yayılan xəbərlər yalandır.

Qeyd edək ki, ailənin iki azyaşlı övladı hadisə baş verən zaman məktəbdə olublar.

Ətraflı Baku TV-nin süjetində:

10:02

Kürdəmir rayonunda ər və arvadının ölümü ilə nəticələnən partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, dünən günorta saatlarında rayonun Çöhranlı kəndində 37 yaşlı Vüsal Hətəmxan oğlu Zərbəliyev və arvadı 35 yaşlı Şəbnəm ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onlar vəziyyətləri ağır olduğu üçün Bakıda yerləşən Respublika Yanıq Mərkəzinə göndəriliblər. Lakin az sonra ər və arvadı vəfat edib.

İlkin araşdırma zamanı məlum olub ki, ailə üzvləri evə daxil olaraq telefonu şarj etmək məqsədilə adapteri elektrik cərəyanına qoşublar. Bu zaman mənzildə güclü partlayış baş verib. Sonradan yanğına keçən partlayışda xəsarət alan şəxslər küçəyə çıxaraq kömək istəyiblər və qonşuları onları xəstəxanaya aparıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

09:28

Kürdəmirdə intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Çobanlı kəndində baş verib. 37 yaşlı Vüsal Hətəmxan oğlu Zərbəliyev arvadı 35 yaşlı Şəbnəmlə birgə benzin tökərək özlərini yandırıblar.

Onlar aldıqları xəsarətlərdən yerləşdirildikləri xəstəxanada vəfat ediblər.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: oxu.az