Xalq artistinin qohumu şəhid oldu...

Xalq artistinin qohumu şəhid oldu...

Xalq artisti Mənsum İbrahimovun xalası nəvəsi döyüşlərdə şəhid olub.

Moderator.az xəbər verir ki, M.İbrahimov öz sosial şəbəkə hesabında şəhid qohumunun fotosunu paylaşıb:

"Allah sənə rəhmət eləsin, xalam nəvəsi. Nərimanov İdris Nazim oğlu Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Başın sağ olsun, vətən. İnşallah qanın yerdə qalmayacaq. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Zəfər bizimlədir inşallah. Qarabağ Azərbaycandır"-deyə Xalq artisti bildirib.

 

 

Mənbə: moderator.az