Fransada başı kəsilən müəllimə görə 4 nəfər həbs edilib: onların biri uşaqdır

Fransada ötən gün tarix müəlliminin başını kəsilməsi hadisəsinə görə artıq 4 adam yaxalanıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, onlardan biri yeniyetmə uşaqdır.

Ölkənin Antiterror prokurorluğu cinayətdə radikal dini motivlərin olduğunu bildirib.

Qeyd etmək lazımdır ki, Fransa prezidenti Emmanuel Makron insidentin baş verdiyi Konflan-Sent-Onorin şəhərindki məktəbə gəlib. Başı kəsilən müəllim Samuel Pati həmin məktəbdə çalışırmış.

Paytaxt Parisin qərbində yerləşən İvelin departamentinin tərkibindəki Konflan-Sent-Onorindəki hadisə hazırda ölkə gündəmini tamamilə zəbt edb.

Mətbuatın yazıdğına görə, qatil öz əməlini törətdikdən sonra bunu fotoqrafını çəkərək Tvitter hesabına yerləşdirib. Hadisə baş verdikdən sonra gələn polislərlə onun arasında atışma olub Terrorçu belindəki intihar kəməri ilə özünü partlatmaq istədikdə yerində güllələnib.

Öncə qətli törədənin yaşlı bir əlcəzairli olduğu söylənilsə də, sonradan onun 2002-ci ildə Moskvada anadan olan bir gənc tərəfindən həyata keçirildiyi məlum olub.

Tvitterdə o, özünü Abdulla adlandırsa da, Əl-Ənsar @Tchetchene_270 adı altında hesab açdığı aşkar edilib. Fransız mətbuatı bu səbəbdən həmin şəxsin çeçen əsilli olduğunu güman edir.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Paşinyanın İlham Əliyevin şərtlərini qəbul etməkdən başqa çarəsi yoxdur

SONRAKI XƏBƏR

ЕС выразил сожаление в связи с ракетными ударами по азербайджанскому городу Гянджа