Beyləqanda yanğın olub, 1 nəfər xəsarət alıb

Beyləqanda yanğın olub, 1 nəfər xəsarət alıb

Beyləqan rayonunda ümumi sahəsi 24 m² olan talvarın altında həcmi 5 litr olan 1 ədəd məişət qaz balonu, xalça və yataq dəsti yanıb. Yüksək temperaturdan talvarın lambirindən ibarət tavanı 1 m² sahədə əriyib.

Fövqəladə Hallar Nazirliyindən Trned-ə verilən məlumata görə, yanğın zamanı 1 nəfər xəsarət alıb.

Talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: az.trend.az