Bakıda seyfdən 100 min manatdan çox pul oğurladılar

 

Bakının Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində külli miqdarda oğurluq hadisəsi törədilib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlum olub ki, 18 oktyabr tarixində cinayətkarlar qapının kilidini qıraraq, 1983-cü il təvəllüdlü Zaur Aqil oğlu Əliyevin mənzilinə girərək seyfdən 130 min manat pul oğurlayıblar.

Z.Əliyev polislərə seyfin açıq olduğunu deyib.

Hüquq mühafizəçiləri ailədən kiminsə pul oğurluğunda iştirakını istisna edirlər.

Oğurluq hadisəsi hələ açılmayıb, hazırda Səbail Rayon Polis İdarəsinin əməkdaşları cinayətin səbəblərini araşdırırlar.

Ötən gün ərzində paytaxtın daxili işlər orqanları 24 oğurluq hadisəsini qeydə alıb.

Ramella İbrahimxəlilova

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Prezident: “Ağıllarını itiriblər, heç kim onları tanımayacaq”

SONRAKI XƏBƏR

Baş katib: “Türk dünyası bu müharibədə Azərbaycanın yanındadır” - VİDEO