İsveçli jurnalisti öldürən qatil həbsxanadan qaçarkən tutuldu

İsveçli jurnalisti öldürən qatil həbsxanadan qaçarkən tutuldu

Danimarka polisi daha əvvəl bir İsveçli jurnalistin qətlinə görə ömürlük həbs cəzası çəkən danimarkalı ixtiraçı Peter Madseni saxlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Kopenhagen Post qəzeti məlumat yayıb.

Qatil Albertslund bölgəsindəki Herstedvester həbsxanasından qaçmağa cəhd göstərib. Polis onu penitensiar mərkəzdən bir kilometrə yaxın məsafədə saxlayıb.

Madsen qaçarkən partlayıcı qurğu ilə kəmər taxması səbəbindən polis snayperləri tərəfindən mühasirəyə alınıb.

Xatırladaq ki, isveçli jurnalist Kim Vall 10 avqust 2017-ci ildə hekayəni yazmaq üçün Madsenin özünün qurduğu Nautilus sualtı gəmisinə minib. Bundan sonra qız yoxa çıxıb. Onun sevgilisi bu barədə polisə bildirib. Eyni zamanda, sualtı qayıqdan xilas edilərək saxlanılan Madsen qızı adalardan birinə atdığını iddia edib. Daha sonra polis qızın parçalanmış cəsədini tapıb. Jurnalistin qətlinə görə Madsen ömürlük həbs cəzasına məhkum edilib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az