Azyaşlı qızını çəkiclə vuraraq öldürdü QANDONDURAN HADİSƏ

Rusiyada yüksək dozada antidepressant qəbul edən 35 yaşlı Natalia Petunina 4 yaşlı qızı Lisanı başına dəfələrlə çəkic vuraraq öldürüb. Baş verən dəhşətli hadisədən sonra intihara cəhd edən və ağır yaralı halda olan qadın xilas edilib.

Moderator.az xəbər verir ki, qadının həyat yoldaşı işdən evə qayıdarkən arvadı və qızını qanlar içində görüb və dərhal tibb işçilərinə xəbər verib.

Tibb işçiləri azyaşlı qızın həyatını itirdiyini müəyyən etdikdən sonra ağır yaralı olan qadını xəstəxanaya aparıb.

Qadının anası qızının uzun müddətdir antidepressant qəbul etdiyini, davamlı olaraq qorxduğunu və

təcili tibbi yardım maşınının səsini eşitdikdə gizləndiyini söyləyib.

Qeyd edək ki, hazırda xəstəxanada olan qadın haqqında cinayət işi açıldığı və 20 ilə qədər həbs cəzası ala biləcəyi bildirilib.

Kamran

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

OPEC+ razılaşmanın necə yerinə yetirildiyi açıqlandı

SONRAKI XƏBƏR

Xalq Prezidentə inanır