İraqda daha bir kütləvi məzar aşkar edildi

İraqda daha bir kütləvi məzar aşkar edildi

Eastnews.org-un verdiyi xəbərə görə, İraqın Kərkük şəhərinin cənubunda kütləvi məzar aşkar olunub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda vurğulanır ki, aşkar edilən kütləvi məzardakı cəsədlər aidiyyatı üzrə təhvil verilib.

Cəsədlər üzərində araşdırmalar aparılaraq şəxsiyyətlərinin müəyyənləşdiriləcəyi də qeyd olunub.

 

Mənbə: eastnews.org