Bütün yollar vətənə aparır - VİDEO

Bütün yollar vətənə aparır - VİDEO

Birinci Qarabağ döyüşlərinin iştirakçısı 48 yaşlı qazi Zakif bəyin başı indi çinardan da ucadır. Çünki ötən gün 27 ildir ki, həsrətini çəkdiyi Zəngilanı işğaldan azad olundu. Deyir ki, ölkə başçısı doğulduğu kəndi Məmmədbəylinin adını çəkəndə sevincindən göz yaşlarını saxlaya bilməyib.

Ötən günlərdən söz düşdükdə düşmənə nifrətinin daha da artığını hiss etmək bizim üçün elə də çətin olmadı. Zəngilanın işğal gününü isə belə xatırlayır:

Müsahibimizin sözlərinə görə, döyüşlər zamanı 7 polis nəfəri qəhrəmancasına şəhid olub. Özü isə 4 dəfə ağır yaralanıb. Bədənində 17 qəlpə, 2 güllə yarası var. 7-si hələ də çıxarılmayıb. Bu onun hərəkət etməsinə maneə yaratsa da tez bir zamanda Zəngilana ayaq basacağı günü barmaqla sayır. Ötən gün şad xəbəri alması onun sevincini ikiqata artırıb. Çünki...

Daha bir müsahibimiz isə Zakif bəylə çiyin-çiyinə döyüşən, bir yerdə yaralanan, illərdir dostluq edən qazi Züfli Abbasovdur. O da Daxili Qoşunların Xüsusi Təyinatlılarının üzvü olub. Onunla söhbətimiz zamanı 27 il əvvələ qayıtdıq. Dediyi sözləri isə öz dilindən eşidək

İndi keçmiş döyüşçü kimi ürəyi tam rahatdır. Çünki Azərbaycan ordusu həm onun şəhid olan silah yoldaşlarının qanını yerdə qoymur, həm də doğma Zəngilanını işğaldan azad etməklə üzünü güldürür. Şad xəbəri aldığını isə bu cür ifadə edir:

Araz çayı Gültəkin xanımgilin evlərinin 150 metr aralığından axıb. 19 yaşında Zəngilandan ayrı düşəndə acı xatirələrlə oradan çıxıb.

Deyir ki, özü ilə bərabər gələn ata və anası artıq həyatda yoxdur. Zəngilanın işğaldan azad olunması sevinci onlara qismət olmadı.

Gültəkin xanım indi bir şeyi həvəslə gözləyir: anasının Zəngilandakı qəbrini ziyarət etməyi.

Zəngilan rayonu haqqında qısa məlumat versək, qeyd edək ki, ümumi ərazisi 730 kv.km olan rayonun 564, 50 kv.km-ini yaşayış məntəqələri əhatə edir. İşğaldan öncə rayon əhalisinin sayı 33 679 nəfər, ailələrin sayı isə 9 169 nəfər olub.

O ki qaldı sakinlərin rayon ərazisinə köçürülməsinə, icr

 

Mənbə: www.realtv.az