Yunanıstan sahillərində güclü zəlzələ

Yunanıstan sahillərində güclü zəlzələ

Yunanıstanın Zakintos adasının sahillərində 5,2 gücündə zəlzələ baş verib. “Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Yeraltı təkanların episentri Zakintos şəhərindən 61 kilometr cənubi-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan olunmayıb.

Mənbə: qafqazinfo.az