Rusiyada vulkan püskürməsi iki yaşayış məntəqəsi külün altında qoydu - VİDEO

Rusiyada vulkan püskürməsi iki yaşayış məntəqəsi külün altında qoydu - VİDEO

Kamçatkada “Bezımyannıy” vulkanının püskürməsi səbəbindən iki yaşayış məntəqəsi küllə örtülüb.

REN TV-nin məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka Bölgəsi üzrə Baş İdarəsi məlumat verir.

Lazo kəndində və Milkovski rayonunun Atlasovo qəsəbəsində 1 millimetr qalınlığında kül örtüyü qeydə alınıb.

Yerli sakinlərə pəncərə və qapıları bağlamaları və ehtiyac olmadığı təqdirdə çölə çıxmamaları tövsiyə edilib.

Bununla belə Fövqəladə Hallar Nazirliyi əhalinin həyatı üçün heç bir təhlükənin olmadığını vurğulayıb.

Mənbə: www.oxu.az