Aqressiv meymunlar 13 yaşlı qızı öldürdülər

Hindistanda aqressiv meymunlar 13 yaşlı qızı öldürüblər.

REN TV xəbər verir ki, hadisə Müzəffərnaraq şəhərində baş verib.

Yeniyetmə qız evin damına çıxaraq, orada asılmış paltarların quruyub-qurumadığına baxmaq istəyib. Bu zaman heyvanlar ona hücum edib və damdan aşağı itələyiblər.

Hadisə nəticəsində xəsarət alan qız xəstəxanaya çatdırılsa da, həkimlər onun öldüyünü bildiriblər.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Gartner 2021-ci ilin ən yaxşı texnoloji trendlərini açıqladı - SİYAHI

SONRAKI XƏBƏR

Keçmiş müstəntiq Rüfət Səfərovdan Vətən müharibəsini ələ saldı - SCRİN