Moskvada hökumət binasında bomba partlatmaq istəyən şəxs tutuldu

Rusiyanın Moskva vilayətində Federal Təhlükəsizlik Xidməti terror hücumunun qarşısını alıb.

“RİA Novosti” idarənin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Bildirilir ki, terror hadisəsi törətməyə cəhd edən Orta Asiya vətəndaşı tutulub.

1999-cu il təvəllüdlü həmin şəxs paytaxt bölgəsindəki hökumət binalarından birində özünün hazırladığı bombanı partlatmaq istəyib.

Ona beynəlxalq terror təşkilatlarının başçıları rəhbərlik edib.

Qeyd olunur ki, saxlanılan şəxs Rusiya Federasiyası ərazisini tərk edərək terrorçular tərəfində döyüşmək üçün Yaxın Şərqə getmək niyyətində olub. Təhlükəsizlik qüvvələri onun anbarında əldəqayırma partlayıcı qurğunun tərkib hissələrini, yaraqlılarla yazışmalarını, partlayıcı maddələrin hazırlanması təlimatını və terrorçuların liderlərinə verdiyi andın videosunu tapıblar.

Onun hücumu harada və nə vaxt planlaşdırdığı açıqlamır. İstintaq davam edir.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Dünya Bankı neftin qiyməti ilə bağlı proqnozunu artırıb

SONRAKI XƏBƏR

"Prezidentin bu açıqlaması ermənilərin son ümidlərini də öldürəcək və..."