Suriyada neft bazarına aviasiya zərbələri nəticəsində 15 nəfər ölüb

Suriyada neft bazarına aviasiya zərbələri nəticəsində 15 nəfər ölüb

Suriyanın şimalında, Türkiyə ilə sərhəddə olan Cerablus şəhərində neft məhsullarının qaçaqmalçılığının həyata keçirildiyi bazara naməlum hərbi təyyarə tərəfindən zərbələr endirilib.
APA “TASS”-a istinadən xəbər verir ki, raket hücumu nəticəsində suriyalı silahlı müxaliflərin 15-dən çox silahlısı öldürülüb və ya yaralanıb.
Kusa kəndi yaxınlığındakı magistral yolda bazar istiqamətində hərəkət edən iki yanacaq daşıyan avtomobillərə də zərbələr endirilib.

Mənbə: teref.az