Qızarmış toyuğun içindən çıxan cisim qızı xəstəxanalıq etdi

Qızarmış toyuğun içindən çıxan cisim qızı xəstəxanalıq etdi

İngiltərədə məşhur fast food mağazalar şəbəkəsinə məxsus restorandan qızarmış toyuq sifariş edən gənc qız xəstəxanalıq olub.

 

Buta.ws ölkə.az-a istinadən xəbər verir ki, İngiltərənin Lids şəhərində yaşayan 23 yaşlı Lili Denton sifariş verdiyi qızarmış toyuq ətindən zəhərlənib. Əvvəlcə adi zəhərlənmə yaşadığını düşünən Lilinin vəziyyəti daha da pisləşib.

 

O beli tutub yeriyə bilmədiyində xəstəxanaya yollanıb. Morfin və antibiotik dərmanlarla özünə gələn gənc qızın zəhərlənməsinə toyuğun içərisində olan çubuqşəkilli ''Kampilobakter'' adlı bakteriya səbəb olub. Restoran Lilidən üzr istəsə də, onlar toyuğun içərisindəki yad cismin damar olduğunu deyiblər.

Mənbə: buta.ws