Sumqayıt şəhər sakini, 73 yaşlı Eynulla Şirinov itkin düşüb.
"Report"un yerli bürosu məlumat verir ki, o, ötən gün Hacı Zeynalabdin qəsəbəsində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
E.Şirinovun yaxınlarının verdiyi məlumata görə, o, yaddaş zəifliyindən əziyyət çəkir.
Faktla bağlı polisə məlumat verilib.
Mənbə: report.az