Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib

Bu gün axşam saat 19 radələrində Şəki-Qax avtomobil yolunun Şəki rayonu Biləcik kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

Rayonun Şəki kənd sakini, 1978-ci il təvəllüdlü Eldar Şükür oğlu Mehdiyev idarə etdiyi “VAZ 2106” markalı, 55 BN 153 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən qarşısına çıxan atı vurub. Sonra minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı sürücü E.Mehdiyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.(apa)

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

Erməni terrorunun qurbanı olan Rusiya vətəndaşının xatirəsi səfirliyin qarşısında anıldı - FOTO

SONRAKI XƏBƏR

Heydər Əliyev Sarayının qarşısında avtomil qəzası olub - VİDEO