Kabildə intiharçı bomba hücumu: 13 nəfər həyatını itirib

Kabildə intiharçı bomba hücumu: 13 nəfər həyatını itirib

Əfqanıstan rəsmiləri Kabildə təhsil müəssisəinin qarşısında baş verən intiharçı bomba partlayışı nəticəsində azı 12 nəfərin öldüyünü, 30 nəfərin yaralandığını bildirir.

Daxili İşlər Nazirliyinin sözçüsü Tariq Arian deyib ki, bədəninə partlayıcılar bağlayan bir kişi şənbə günü insanlarla dolu binaya daxil olmağa çalışıb, amma mühafizəçilər onun qarşısını alıb və o, partlayıcıları binanın önncə partladıb.

Hücumun məsuliyyəti dərhal üzərinə alan olmayıb.

Qiyamçı Taliban qrupu hücumla əlaqəsi olduğunu inkar edib. Bu da partlayışın arxasında İslam Dövləti terror qrupu ilə əlaqəsi olan militantların dayandığına dair şübhələrə yol açıb.

İŞİD-in yerli qolu Xorasan Vilayətinin İslam Dövləti mütəmadi olaraq Kabil və Əfqanıstanın başqa hissələrində şiələrin toplantlarına və ibadət yerlərinə bomba hücumları edirlər.

Şənbə günü baş verən hücum eyni gün Əfqanıstanın mərkəzində yerləşən Qazni vilayətində yol kənarındakı bir bombanın minivanı partlatmasından bir neçə saat sonraya təsadüf edib. Həmin partlayış nəticəsində azı doqquz sərnişin həyatını itirib, bir neçə insan yaralanıb.Vilayət hökümətinin sözçüsü Amerikanın Səsinə qurbanlar arasında qadınların olduğunu deyib.

Əfqanıstanda zorakılıqlar Qətərd Kabil höküməti ilə Taliban nümayəndələri arasında bir aydır davam edən sülh danışığının prosedural məsələlər səbəbilə dalana dirənməsi fonunda artmağa başlayıb.

Sentyabrın 12-də ABŞ-ın vasitəçilityi ilə başlayan sülh danışıqları Əfqanıstanda zorakılıqların azalacağına dair ümid yaradmışdı. Lakin əksinə o zamandan bəri zorakılıqla artıb və hər gün Əfqanıstanda rəqib döyüşçülər və mülki vətəndaşlar arasında onlarla ölüm halları baş verir.

Əfqanıstanın Hava Qüvvələri həftənin əvvəlində şimal-şərq Taxan vilayətində Taliban əleyhinə hava hücumu keçirib və həmin hücum mədrəsəyə tuş gəlib. Nəticədə azı 12 uşaq həyatını itirib, 18 nəfər xəsarət alıb.

Mənbə: www.amerikaninsesi.org