Rusiyanın “General Həzi Aslanov” neft tankerində partlayış olub, ekipaj üzvləri arasında itkin düşənlər var

Rusiyanın “General Həzi Aslanov” neft tankerində partlayış olub, ekipaj üzvləri arasında itkin düşənlər var

Azov dənizində Rusiya bayrağı altında üzən və “Palmali” şirkətinə məxsus “General Həzi Aslanov” neft tankerində iki partlayış olub.

TASS agentliyi Federal Dəniz və Çay Nəqliyyat Agentliyi istinadən xəbər verir ki, 10 ekipaj üzvü xilas edilib, üç nəfərin taleyindən xəbər yoxdur.

Krasnodar diyarının təcili xidmətindəki mənbənin verdiyi məlumata görə, hazırda ekipaj üzvlərinin axtarış-xilasetmə işləri aparılır.

Gəminin batmaq təhlükəsinin olmadığı bildirilir.

Mənbə: www.oxu.az