Düşmən Goranboya qadağan olunmuş raket atdı - FOTO

Ermənistan silahlı qüvvələri Goranboy rayonunun Meşəli kəndinə raket atıb.

Modern.az xəbər verir ki, atılan raket qadağan edilmiş silahların siyahısında yer alan kaset başlıqlı sursatdır.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi çevik əməliyyat qrupu əraziyə baxış keçirib. Kəndə atılan 300 millimetrlik 9M525 tipli raketə yerləşdirilmiş 4 ədəd 9N235 bombacığı aşkar edilib.

Bu fakt bir daha sübut edir ki, Ermənistan silahlı qüvvələri mülki şəxslərə qarşı qadağan olunmuş kaset bombalarından istifadə edir.

Modern.az

ƏVVƏLKİ XƏBƏR

İlham Əliyev: «Gördük ki, bəzi silahlarımız müasir döyüşlərdə o qədər də lazım olmur»

SONRAKI XƏBƏR

İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”