Pakistanda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Pakistanda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Bakı. Trend:

Pakistanın qərbindəki Kvetta şəhərində məsafədən idarə olunan bombanın partlaması nəticəsində ən azı yeddi nəfər ölüb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, partlayıcı qurğu birləşdirilmiş motosiklet şəhərin kənarında yerləşən meyvə bazarının ərazisində partlayıb. Hadisə nəticəsində yaralıların da olduğu qeyd olunur.

Bəlucistan əyalət rəhbərliyi zərərçəkənlərə tibbi yardım göstərmək üçün müvafiq xidmətlərə təlimat verib.

Mənbə: az.trend.az