Goranboyun dinc həyatına son: “Smerç” raketi partlamasa da, təhlükə olaraq qalır – VİDEO

Ermənistan Silahlı Qüvvələrinin atdığı Smerç tipli raketlərdən ikisi Goranboyun Tapqaraqoyunlu kəndinə düşüb. Hadisə yerinə ANAMA mütəxəssisləri cəlb ediliblər. Daha ətraflı – videomuzda.

Kənd sakini Qafqaz Yaqubov son dəqiqəyə qədər raketlərdən birinin öz həyətinə düşməsindən bixəbər olub. Yalnız bütün kəndin məhəllələrini gəzdikdən sonra evdə onu bu cür “sürpriz”in gözlədiyini öyrənib.

Hadisə yerinə ANAMA-nın təcili təxirəsalınmaz aparıcı əməliyyat qrupu cəlb edilib. Raketlər işarələnib və zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

Ermənistan SQ-nin dinc əhaliyə qarşı cinayət aktları davam edir. Bu dəfə hadisə yerində xəsarət alan olmayıb. Amma Baş Prokurorluğun məlumatına əsasən, Ermənistan SQ-nin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 65 mülki şəxs qətlə yetirilib, 297 nəfər isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 398, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 2174-dür.

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

Bazarda döyüb 2500- manatını aldılar

SONRAKI XƏBƏR

​ABŞ-da əldə edilən atəşkəs razılaşması qalıcı ola bilməz – ŞƏRH