Qonaqlıq məclisi quran 20 nəfər cəzalandı - FOTO

Qonaqlıq məclisi quran 20 nəfər cəzalandı - FOTO

Karantin qaydalarını pozaraq qonaqlıq məclisi təşkil edənlər məsuliyyətə cəlb olunublar.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az -a verilən məlumata görə, Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində “Covid-19” pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları rayonun Afurca kəndi ərazisində xidmət aparan zaman kənd sakini Ramin Mustafayevə məxsus evin həyətyanı sahəsində qonaqlıq məclisi təşkil edildiyini aşkarlayıblar. Məclis dərhal dayandırılıb. Ev sahibi və məclisdə iştirak edən Sumqayıt şəhər sakini olan 20 nəfər saxlanılaraq rayon Polis Şöbəsinə gətiriliblər. Onlarla izahedici söhbətlər aparılıb və hər biri inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Mənbə: lent.az