Beyləqanda “KamAZ” su kanalına aşıb, sürücü ölüb

Beyləqanda “KamAZ” su kanalına aşıb, sürücü ölüb

Beyləqanda “KamAZ” markalı yük avtomobili kanala aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 24-də saat 7 radələrində Beyləqan rayonu ərazisində rayon sakini Elsevər Quliyev idarə etdiyi “KamAZ” markalı yük avtomobilini ərazidən keçən “Yuxarı Qarabağ” kanalına aşırıb. Qəza nəticəsində hadisə yerində ölən sürücü E.Quliyevin meyiti sudan çıxarılaraq təhvil verilib.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Mənbə: apa.az