Türkiyədə İŞİD üzvlərinə daha bir zərbə vuruldu

Türkiyədə İŞİD üzvlərinə daha bir zərbə vuruldu

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyənin paytaxtı Ankara şəhərində İŞİD terrorçu qruplaşması üzvlərinə qarşı əməliyyat keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.

Məlumatda vurğulanır ki, keçirilən əməliyyat ilə 18 xarici vətəndaş saxlanılaraq istintaqa cəlb olunublar.

Sözügedən şəxslərin Suriya və İraqdakı hərbi toqquşmalarda iştirak etdikləri qeyd edilir.

Mənbə: eastnews.org