Türkiyədə partlayış - terrorçu zərərsizləşdirildi (FOTO)

Türkiyədə partlayış - terrorçu zərərsizləşdirildi (FOTO)

Hatayda partlayışın baş verdiyi əraziyə polislər cəlb edildi.

Türkiyənin Hatay əyalətinin İskəndərun şəhərində, səbəbi hələlik müəyyən edilməyən partlayış meydana gəlib və çox sayda polis, xilasetmə və tibbi heyət hadisə yerinə göndərilib.

Hatay valisi Rəhmi Doğan, "Payas keçid məntəqəsindəki təhlükəsizlik qüvvələrimiz tərəfindən şübhəli olan iki terrorçudan biri təqib nəticəsində zərərsizləşdirildi və bu vaxt bir partlama meydana gəldi" açıqlamasını verib.

Partlayışın kamikadze tərəfindən törədildiyi ehtimal edilir.

REAL-ın Türkiyə bürosu

 

Mənbə: www.realtv.az