Sahiblərinin yanına qayıtmaq üçün 60 kilometr yol qət etdi - MARAQLI

Sahiblərinin yanına qayıtmaq üçün 60 kilometr yol qət etdi - MARAQLI

Çində bir ailə şəhərlərarası səyahət etdikləri zaman "Dou Dou" adlı itlərini mehmanxanada unudub. 26 gün boyunca 60 kilometr yol qət edən it sonunda sahiblərinin yanına qayıdıb.

Moderator.az xəbər verir ki, Hangzhou şəhərində yaşayan ailə şəhər kənarındakı qohumlarını ziyarət etmək üçün itləri ilə birlikdə yola çıxıb. Yolda qısa müddət bir mehmanxanada dincələn ailə itlərini orada unudub. Ancaq it 26 gün sonra it sahiblərinin yanına qayıdıb.

Yerli mediaya açıqlama verən sahibi itin geri qayıdacağını düşünmədiklərini söyləyərək “Onun yaşadığını bilirdim, ancaq bir gün geri qayıdacağını düşünməzdim" deyib.

Mənbə: moderator.az