Türkiyədə terror aktı törədildi - Video

Türkiyədə terror aktı törədildi  - Video

Türkiyənin Hatay vilayətinin İskəndərun rayon mərkəzində terror aktı törədilib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Fener prospektində polis şübhələndiyi avtomobili izləyərkən terrorçularla qarşıdurma yaşanıb. Bu zaman avtomobildə olan terrorçulardan biri üzərinə bağladığı partlayıcını işə salıb və bir nəfər polis işçisi yaralanıb. Hatay valisi Rahmi Doğanın məlumatına görə, digər terrorçunun axtarışları davam etdirilir. Bölgədə başqa terrorçuların olub-olmadığını araşdırmaq üçün genişmiqyaslı əməliyyata başlanılıb.

Hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürmə və tibbi briqadalar cəlb olunub.

 

Mənbə: qafqazinfo.az