Saxta ətirlər: Çindən gələn “fransız qoxusu“

Saxta ətirlər: Çindən gələn “fransız qoxusu“

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mövludi Nəbi Həftəsi Açılış proqramında çıxışı zamanı xalqı fransız mallarının boykotuna səsləyib.

“Necə ki, Fransada türk markalı mal almayın deyirlərsə, mən də buradan millətimə səslənirəm: aman, fransız markalı malları almayın!”, - ölkə başçısı vurğulayıb.

Maraqlıdır, Azərbaycanda hansı fransız mallarının satışı yüksəkdir?

Bu barədə Cebhe.info-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda bu ölkənin daha çox sənaye və texniki avadanlıqları var:

"Türkiyənin Fransa ilə müsbət ticarət əlaqələri var. Keçən il Türkiyə Fransadan Fransadan aldığından 1,2 milyard dollarlıq daha çox mal satıb. Türkiyə şirkətləri Fransa şirkətləri ilə ciddi kooperasiya şəkilində fəaliyyət göstərir. Bu gün hətta Azərbaycanda satılan fransız maşınlarının böyük əksəriyyəti Türkiyədə istehsal olunur. Yəni bu iki ölkə birgə fəaliyyətlə məşğuldur. Boykotla bağlı məsələlərə iqdisadi məntiqlə yanaşılmalıdır. Türkiyəyə kömək etmək istəyiriksə, Türkiyə şirkətlərinin daha çox Azərbaycana daxil olmasına, investisiya yatırmasına şərait yaratmalıyıq. Fransanın Azərbaycanda daha çox texniki vasitələri var. Avtomobil, avtobuslar, bəzi ətir məhsulları, sənaye və digər texniki avadanlıqlar Fransa mallarıdır. Azərbaycan cəmiyyəti elə bilməsin ki, mağazalardan aldıqları fransız malları sırf Fransada istehsal olunur. Xeyr. Bunlar daha çox Çində istehsal olunub, Azərbaycana gətirilən məhsullardır. Buna görə də biz o malları boykot etsək, Fransaya yox, Çinə zərər vermiş olarıq".
Naibə
Cebhe.info

 

Mənbə: cebhe.info