Türkiyədə güclü meşə yanğını baş verib

Türkiyədə güclü meşə yanğını baş verib

Türkiyənin Mersin vilayətinin Anamur rayonunda meşəlik ərazidə güclü yanğın baş verib. SİA xəbər verir ki, yanğın yaşayış məntəqələrinə yaxın ərazidə meydana gəlib.

Ətrafdakı evlərin sakinləri təxliyə ediliblər.

Alovun söndürülməsi işinə yanğınsöndürmə briqadaları və helikopterlər də cəlb olunub. Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

Mənbə: sia.az