72 yaşlı qadın təqaüdünü orduya göndərdi - VİDEO

72 yaşlı qadın təqaüdünü orduya göndərdi - VİDEO

Tovuz rayonun cəbhə bölgəsinə ən yaxın kəndi olan Ağdam kənd sakini 72 yaşlı Qurbanova Nəzakət Zaman qızı öz təqaüdünü Silahlı Qüvvələrimizin fonduna köçürüb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən 72 yaşlı qadın bu gün "Asan xidmət" Mərkəzinin filiallarından birinə gedərək 300 manat dəyərində 1 aylıq təqaüdünü ordumuza köçürüb.

Nəzakət Qurbanovanın bacısı Laçın Bağırova isə öz əlləri ilə Azərbaycanın şanlı üç rəngli bayrağını toxuyub.

BAKU.WS

Mənbə: baku.ws