Ankarada İŞİD-in yeddi üzvü həbs olunub

Ankarada İŞİD-in yeddi üzvü həbs olunub

Ankara Baş Prokurorluğu aparılan iki istintaq işi üzrə yeddi nəfər haqqında terrorçuluq ittihamı ilə həbs qətimkan tədbiri seçib.

AZƏRTAC xəbər verir ki, tutulan şəxslər İŞİD terror təşkilatına üzv olmaqda ittiham olunur.

Qeyd edək ki, son günlər PKK da daxil olmaqla, bəzi terror təşkilatlarının fəallaşması səbəbindən Türkiyə hüquq-mühafizə orqanları antiterror əməliyyatlarını və bu istiqamətdə hüquqi tədbirləri genişləndirib.

Mənbə: sherg.az