Pakistanda partlayışda ölənlərin syaı 8-ə çatdı  – 110 yaralı var

Pakistanda partlayışda ölənlərin syaı 8-ə çatdı  – 110 yaralı var

Pakistanın Pişəvər şəhərində bir mədrəsədə partlayıcı maddə partlayıb, nəticədə ən azı 8 şagird ölüb və 110-dan çox insan yaralanıb. Bundan əvvəl 7 nəfərin öldüyü bildirilib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “The Dawn” qəzeti həkimlərə istinadən yayıb.

Mənbə bildirir ki, ölənlərin 20-25 yaşları olub. Yaralılar arasında iki müəllim də var.

Partlayışın Quran dərsi zamanı meydana gəldiyi deyilir.

Naməlum şəxslər binaya içərisində təxminən beş kiloqram partlayıcı maddə olan bir çanta gətiriblər.

İndiyə qədər heç kim hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

 

Mənbə: konkret.az