Filadelfiyada kütləvi iğtişaşlar baş verib

Filadelfiyada kütləvi iğtişaşlar baş verib

ABŞ-ın Filadelfiya ştatında ötən gün polis tərəfindən bir nəfərin güllələnməsindən sonra başlayan kütləvi iğtişaşlar gecədən səhərədək davam edib.

Sonxeber.az xəbər verir ki, polisin məlumatına görə saat 3 radələrində məhəllədə 27 yaşlı Uolter Uollas adlı bir nəfərin əlində bıçaqla iki polis nəfərinə tərəf gələndə onlar əvvəlcə silahlarını çıxarıb ona tuşlayıb, sonra da bir neçə atəş açıblar və həmin şəxs yerə yıxılıb. Bundan sonra polislərdən biri tərəfindən xəstəxanaya çatdırılan yaralı orada keçinib.

Polislərdən biri və hadisə şahidi Uollasdan əlindəki bıçağı almağa çalışsalar da, bunu bacarmayıblar. Həmçinin gəncin yanında olan anasının da onu sakitləşdirməyə çalışdığı bildirilir.

Öldürülənin atası oğlunun əqli problemlərlə üzləşdiyini, tibbi nəzarətdə olduğunu bildirib.

Hadisəyə dair təhqiqat başlayıb. Bununla yanaşı, şəhərdə başlayan iğtişaşlar zamanı 30 nəfərədək polisin əksər hallarda daş və kərpiclə yara alaraq xəstəxanalara yerləşdirildiyi, bir o qədər də şəxsin həbs olunduğu bildirilir. Hadisələr nəticəsində bir polis bölməsinə və bir sıra iş yerlərinə xeyli maddi ziyan yetirilib, beş polis avtomobili yararsız hala salınıb.



 

Mənbə: sonxeber.az