Bu ölkədə "qrip vaksini" 59 can aldı

Bu ölkədə "qrip vaksini" 59 can aldı

Cənubi Koreyada qrip vaksini ilə əlaqəli olduğu düşünülən ölümlərin sayı 59-a yüksəlib.

Sonxeber.az xəbər verir ki, bu barədə Koreya Xəstəliyə Nəzarət və Qarşısının Alınması agentliyi (KCDC) məlumat yayıb. Açıqlamada ölənlərin əksəriyyətinin 70-80 yaş arasında olduğu bildirilib.

Lakin rəsmilər "qrip vaksini ilə ölümlər arasında əlaqə olduğu iddiasını" təkzib edib.

Məlumat üçün bildirək ki, ölkədə 17 yaşlı gənc qrip vaksini vurulduqdan sonra həyatını itirib.

Mənbə: sonxeber.az