Şəhid qızı 2-ci Qarabağ savaşının ilk şəhidi oldu.....FOTO

Şəhid qızı 2-ci Qarabağ savaşının ilk şəhidi oldu.....FOTO


Xaçmaz rayonu Qımılqışlaq kənd sakini, hərbi tibb qulluqçusu Arəstə xanım yaralı hərbçilərimizi döyüş meydanından çıxaran zaman həlak olaraq, Azərbaycan Vətən Müharibəsinin ilk xanım şəhidi oldu.
Teref.az yazır ki, əldə etdiyimiz məlumata görə Arəstə xanımın atasıda 1 -ci Qarabağ savaşı zamanı şəhid olub. Xalqımızın bu igid qızı həmişə atasının intiqamını aılmaq üçün hərbiçi olmağı arzulayıb və tale elə gətirib ki, həqiqətən N saylı hərbi hissədə, hərbi tibb qulluqçusu kimi xidmətə başlayıb və savaşa qatılıb. Əməliyyatların birində yaralı əskərlərimizi döyüş meydanından çıxaran zaman həlak olaraq, 2 ci Qarabağ savaşının ilk qadın şəhidi olub.
Teref.az olaraq ümid edək ki, bu axırıncı qadın şəhidimiz olacaq!
Ruhu şad, Məkani cənnət olsun..
Teref.az

Mənbə: teref.az