Ermənilərin atdığı raketlər zəlzələyə səbəb ola bilərmi? - EKSPERT RƏYİ

Ermənilərin atdığı raketlər zəlzələyə səbəb ola bilərmi? - EKSPERT RƏYİ

Ötən gün Göygöl ərazisində 4 bal gücündə zəlzələ baş verib. Nəzərə alsaq ki, döyüş bölgəsinə və yaxın ərazilərə yüzlərlə hərbi texnika və ağır artilleriya qurğusu yerləşdirilib. Bəs, atılan raketlər güclü zəlzələyə səbəb ola bilərmi?

Redaktor.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Baş direktoru Qurban Yetirmişli bildirib ki, raketlərin göstərdiyi təsir zəlzələ yarada bilməz.

“Raket və ya ağır artilleriya qurğuları yerin səthinə düşür, ona görə də həmin silahların torpağı sarsıdacaq gücü yoxdur. Əgər həmin artilleriya qurğularının sarsıdıcı gücü böyük olsaydı, Gəncədə həmin an zəlzələ effekti yarada bilərdi. Ötən günlərdə Göygöl ərazisində baş verən zəlzələnin dərinliyi 10-12 km-dir. Həmin zəlzələnin təbii hadisə, yoxsa raket hücumu nəticəsində olub-olmamasını araşdırmışıq. Yerdə baş verən hər hansı titrəmə xüsusi lentə yazıldıqdan sonra, onun zəlzələ və ya partlayış olması araşdırılır. Raketlərin göstərdiyi təsir zəlzələ yarada bilməz. Daha çox güclü, dağıdıcı partlayışlar zəlzələni yaratmağa qadir ola bilir. Kariyerlərdə baş verən sənaye partlayışlarını buna misal göstərmək olar. Lakin raket zərbələri səthi xarakter daşıyır, ona görə zəlzələ yaratmaq gücündə deyil”.

Mənbə: redaktor.az