Bərdədə həlak olan Aysunun atası: "Getdim ki, uşaq yoxdur..." - VİDEO

Bərdədə həlak olan Aysunun atası: "Getdim ki, uşaq yoxdur..." - VİDEO

Bu gün Ermənistan silahlı bölmələrinin növbəti dəfə dinc sakinləri dəfə alıb Bərdəni atəşə tutması zamanı həlak olan 8 yaşlı Aysunun atası danışıb.

Publika.az xəbər verir ki, Türkiyənin “Haber Global” telekanalının Bərdədə olan müxbiri Aysunun evində olub.

Aysu İngəndərovanın atası Rövşən baş verənləri göz yaşları ilə anlatmağa çalışıb:

"Nə deyəcəyimiyi bilmirəm. İşdə idim. Traktor sürürdüm. Səs eşitdim. Duman bizim evimiz tərəfdən qalxdı. Getdim ki, uşaq yoxdur. İkinci sinfə gedirdi. Uşağı görəndə qarın nahiyəsindən daxili orqanları çölə dağılmışdı."

 

Mənbə: publika.az