Luvrda olan eksponatı özü ilə aparmaq istəyən şəxs saxlanılıb - VİDEO

Luvrda olan eksponatı özü ilə aparmaq istəyən şəxs saxlanılıb - VİDEO

Konqo Respublikasının sakini Luvr muzeyindən qədim taxta heykəli çıxartmağa cəhd göstərib.

“Tv Zvezda” xəbər verir ki, hadisə günün günorta çağı qeydə alınıb.

Maraqlıdır ki, kişi niyyətini qətiyyən gizlətməyib və qədim eksponatı özü ilə aparmağa hazırlaşdığını deyib.

Onun sözlərinə görə, bu heykəl bir vaxtlar Fransa tərəfindən qeyri-qanuni şəkildə Afrikadan çıxarılıb və indi bu irsi öz vətəninə qaytarmağın vaxtı çatıb.

Qeyd olunur ki, konqolu fəal artıq bir dəfə oxşar insidentə görə saxlanılıb və məhkəmənin qərarı ilə ona 1 000 avro cərimə tətbiq edilib.

 

Mənbə: www.oxu.az